İspaniyanın “Real Madrid” futbol klubu fransalı yarımmüdafiəçisi Orelyen Tçuameni ilə yeni müqavilə imzalayıb.
İdman.Biz xəbər verir ki, Madrid təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, 26 yaşlı futbolçu ilə sözləşmə 30 iyun 2032-ci il tarixinə qədər uzadılıb.
Klub rəhbərliyi əvvəlki müqaviləsi 2028-ci ildə başa çatacaq oyunçu ilə əməkdaşlığı daha dörd il artırmaq qərarına gəlib.
Qeyd edək ki, Orelyen Tçuameni 2022-ci ildən etibarən “Real Madrid”in şərəfini qoruyur.
O, indiyədək İspaniya nəhənginin heyətində 205 rəsmi oyuna çıxıb və klubla birlikdə Çempionlar Liqası, La Liqa və Klublararası Dünya Çempionatı da daxil olmaqla ümumilikdə səkkiz titul qazanıb.
