Kurtua “Atletiko” azarkeşlərini narazı salan sözlərinə aydınlıq gətirdi

2 Oktyabr 2026 06:31
88
Kurtua “Atletiko” azarkeşlərini narazı salan sözlərinə aydınlıq gətirdi

Madrid “Real”ının qapıçısı Tibo Kurtua 2022-ci ildə Çempionlar Liqasının “Liverpul”la finalı öncəsi dediyi və “Atletiko” azarkeşlərinin narazılığına səbəb olan sözlərinə aydınlıq gətirib.

İdman.Biz “Onda Sero” nəşrinə istinadən xəbər verir ki, belçikalı qapıçı həmin açıqlamasının Madrid “Atletiko”suna deyil, “Liverpul”a ünvanlandığını bildirib.

“Mən dediyim sözləri dəyişməzdim, çünki onlar “Atletiko”ya deyil, “Liverpul”a ünvanlanmışdı. Həmişə “Atletiko”ya böyük hörmətlə yanaşmışam. Həmin dövr məni İspaniyaya aşiq etdi, mənə iki övlad bəxş etdi. Heç vaxt pis bir söz deməzdim.

Mən “Çelsi”dən icarədə olduğum üçün getdim. “Atletiko”dakı dövrümlə çox qürur duyuram. Məhz bunun sayəsində bu gün olduğum qapıçı olmuşam”, – deyə Kurtua vurğulayıb.

Qeyd edək ki, Kurtua 2011-2014-cü illərdə “Atletiko”nun formasını geyinib.

İdman.Biz