İngiltərənin “Hall Siti” klubunun futbolçusu Luka Qurna-Duat klubun məşq bazasına gedərkən avtomobil qəzasına düşüb.
İdman.Biz “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, Qurna-Duat Kottingemdə yerləşən klubun məşq bazasının yaxınlığında avtomobilini aşırıb. 23 yaşlı futbolçu ciddi xəsarətlərdən yayına bilib.
Bu, “Hall Siti” futbolçusunun son bir ay ərzində düşdüyü ikinci avtomobil qəzasıdır. Sentyabr ayında komandanın futbolçusu Sorba Tomas da eyni yolda avtomobilini aşırmışdı.
Qeyd edək ki, Qurna-Duat 2026-cı ilin yayında “Zalsburq”dan “Hall Siti”yə keçib. Yarımmüdafiəçi cari mövsümdə komandanın heyətində beş matç keçirib və məhsuldar hərəkətlərlə yadda qalmayıb.
