“Mançester Yunayted” qışda dörd futbolçu ilə güclənmək istəyir

19 Noyabr 2026 22:53
80
“Mançester Yunayted” qışda dörd futbolçu ilə güclənmək istəyir

“Mançester Yunayted” qış transfer pəncərəsində heyətini ciddi şəkildə gücləndirməyi planlaşdırır. İngiltərə klubu dörd futbolçunu transfer hədəfləri sırasına daxil edib.

İdman.Biz Britaniya mediasına istinadən xəbər verir ki, Mançester təmsilçisi yeni baş məşqçi Maurisio Poçettinoya transfer bazarında geniş dəstək verməyə hazırlaşır.

Klub “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer və “Nyukasl”ın sol cinah müdafiəçisi Luis Hollu heyətinə qatmaq istəyir.

Poçettinonun xüsusilə Palmerin oyununu yüksək qiymətləndirdiyi bildirilir. İngiltərəli futbolçu argentinalı mütəxəssisin “Çelsi”yə rəhbərlik etdiyi dövrdə London klubuna keçib.

“Mançester Yunayted” müdafiə xəttini gücləndirmək üçün “Everton”un futbolçusu Cerrad Brentveyt və “Fulhem”in üzvü Kalvin Bessini nəzərdən keçirir.

London klubu 26 yaşlı Bessinin 2027-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmaq niyyətindədir.

Brentveyt isə əvvəllər də “Mançester Yunayted”in transfer hədəfi olub. Klub 2024-cü ildə müdafiəçini almaq üçün iki dəfə təklif göndərsə də, hər ikisi rədd edilib. İkinci təklifin məbləği təxminən 50 milyon funt sterlinq (59,5 milyon avro) təşkil edib.

Mançester təmsilçisi xüsusilə sol ayaqla oynayan mərkəz müdafiəçisi axtarır. Bu mövqedə çıxış edən Lisandro Martinesin klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Argentinalı futbolçunun hazırkı müqaviləsinin müddəti gələn yay başa çatacaq.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında keçirdiyi 10 oyunda səkkiz xal toplayaraq 18-ci pillədə qərarlaşıb.

İdman.Biz