“Real Madrid”də oktyabrın ən yaxşı futbolçusu müəyyənləşdi

19 Noyabr 2026 23:20
38
“Real Madrid”də oktyabrın ən yaxşı futbolçusu müəyyənləşdi

“Real Madrid”in oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Bu ada komandanın ingiltərəli yarımmüdafiəçisi Cud Bellinqem layiq görülüb.

İdman.Biz Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Mahou Five Star” mükafatını qazanıb.

Bellinqem oktyabrda “Real Madrid”in keçirdiyi beş qarşılaşmanın hamısında iştirak edib. Madrid təmsilçisi həmin görüşlərin hamısından qələbə ilə ayrılıb.

İngiltərəli yarımmüdafiəçinin ötən ay nümayiş etdirdiyi oyun onun komandanın ən yaxşı futbolçusu seçilməsində əsas rol oynayıb.

Qeyd edək ki, “Real Madrid” İspaniya La Liqasında 12 turdan sonra 30 xalla ikinci pillədə qərarlaşıb. Komanda növbəti oyununu noyabrın 21-də “Selta”ya qarşı keçirəcək.

İdman.Biz