UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Sabah” - “Barselona” oyununa 74 ölkədən azarkeşlər bilet alıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Bakı təmsilçisinin sosial şəbəkələrdəki rəsmi səhifəsində məlumat verilib.
Beləliklə, Azərbaycan və İspaniya təmsilçilərinin qarşılaşmasını izləmək üçün dünyanın müxtəlif ölkələrindən futbolsevərlər bilet əldə ediblər.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin beşinci turuna təsadüf edəcək “Sabah” - “Barselona” görüşü noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.
