Arteta “Arsenal” rəhbərliyindən daha çox transfer tələb edir

13 Avqust 2026 09:25
101
Arteta “Arsenal” rəhbərliyindən daha çox transfer tələb edir

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta komandanın cari yay transfer dönəmində həyata keçirdiyi transferlər barədə danışıb.

İdman.Biz xəbər verir ki, məşqçinin açıqlamasını insayder Fabritsio Romano dərc edib.

“Biz daha çox iş görmək istəyirik. Hər dəfə heyəti gücləndirmək, komandaya daha çox keyfiyyət və dərinlik qatmaq imkanımız yarananda bunu etməliyik. Bunun üçün fəal şəkildə çalışırıq. Çalışmağa davam edəcəyik”, - deyə Arteta bildirib.

Qeyd edək ki, daha əvvəl “Arsenal” “Nyukasl Yunayted”dən yarımmüdafiəçi Bruno Gimaraeyşi, “Brügge”dən vinger Xristos Zolisi, “Lids Yunayted”dən qapıçı İllan Melyeni transfer edib. Həmçinin London klubu müdafiəçi Piero İnkapiyenin “Bayer”dəki transfer hüquqlarını da tam şəkildə əldə edib.

KİV-in məlumatına görə, London təmsilçisi yeni futbolçuların transferinə ümumilikdə 176,5 milyon avro xərcləyib.

İdman.Biz
Məqalədə: