U-21 millisi yoldaşlıq görüşündə Bəhreyni böyük hesabla məğlub edib - YENİLƏNİB

6 İyun 2026 21:56
1 155
U-21 millisi yoldaşlıq görüşündə Bəhreyni böyük hesabla məğlub edib

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayıb.

İdman.Biz-in məlumatına görə, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə qarşılaşıb.

Görüş Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.

10:38

Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq matçında qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

İdman.Biz