Baldenin “Barselona”da səbri tükənir

27 Noyabr 2026 19:56
30
Baldenin “Barselona”da səbri tükənir

“Barselona”nın müdafiəçisi Aleks Balde kifayət qədər oyun vaxtı qazanmaması səbəbindən yanvarda Kataloniya klubundan ayrıla bilər.

İdman.Biz xəbər verir ki, daha əvvəl komandada əsas heyət uğrunda mübarizə aparmaq niyyətində olan futbolçu cari mövsümdə rəsmi qarşılaşmalarda cəmi 188 dəqiqə meydanda olub.

Hans Flik sol cinah müdafiəçisi mövqeyində Joau Kanselu və Xavi Esparta üstünlük verir. Bununla belə, Balde Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah”a qarşı keçirilən görüşdə uğurlu çıxışı ilə yadda qalıb və Karim Adeyemiyə məhsuldar ötürmə edib.

İspaniyalı futbolçunun müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. Kataloniya təmsilçisi müdafiəçini təzminatsız itirməmək üçün onu yanvarda və ya gələn yay sata bilər.

Hazırda “Barselona” Balde ilə bağlı rəsmi transfer təklifi almayıb. Futbolçu ilə İtaliyanın “Yuventus” klubu maraqlanır. Daha əvvəl İngiltərə klublarının da müdafiəçini heyətinə qatmaq istədikləri bildirilmişdi.

“Barselona” Baldenin satışından əldə ediləcək vəsaiti yeni mərkəz müdafiəçisinin transferinə yönəltmək niyyətindədir.

Hazırda isə Balde Bakıda aldığı ayaq biləyi zədəsini sağaltmağa və “Deportivo” ilə qarşılaşmayadək hazır olmağa çalışır.

İdman.Biz