Holandın agenti “Barselona”nın transfer planlarında mühüm rol oynaya bilər

27 Noyabr 2026 19:11
31
Holandın agenti “Barselona”nın transfer planlarında mühüm rol oynaya bilər

İspaniyanın “Barselona” klubu İngiltərənin “Mançester Siti” komandasının hücumçusu Erlinq Holandı transfer etmək niyyətindən əl çəkməyib.

İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi 2027-ci ilin yayında norveçli futbolçunu heyətinə qatmaq imkanlarını nəzərdən keçirir.

Mümkün transferdə üç amilin mühüm rol oynaya biləcəyi vurğulanır. Bunlar Holandın İspaniyada oynamaq arzusu, futbolçunun agenti Rafaela Pimenta ilə “Barselona”nın prezidenti Joan Laporta arasındakı yaxşı münasibətlər və “Mançester Siti”nin hazırkı vəziyyətidir.

Kataloniya klubu ötən yay Xulian Alvaresi transfer edə bilmədikdən sonra hücum xəttini yüksək səviyyəli futbolçu ilə gücləndirmək istəyir.

Lakin Holandın transferinin reallaşması ciddi maliyyə vəsaiti tələb etməklə yanaşı, futbolçunun da mövqeyini dəyişməsindən asılıdır. Norveçli hücumçu son açıqlamalarında İngiltərə klubunda özünü xoşbəxt hiss etdiyini vurğulayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilədək qüvvədədir.

İdman.Biz