İngiltərənin “Mançester Yunayted” klubu Brunu Fernandeşlə müqavilənin avtomatik uzadılması bəndini aktivləşdirib.
İdman.Biz xəbər verir ki, cari mövsümün sonunda başa çatmalı olan müqavilənin müddəti 2028-ci ilin iyun ayınadək uzadılıb.
Bununla belə, müqavilənin müddətinin uzadılması 32 yaşlı portuqaliyalı futbolçunun 2027-ci ilin yayında komandadan ayrılmasını istisna etmir. Bu addım İngiltərə klubuna yarımmüdafiəçinin mümkün transferindən maddi vəsait əldə etmək imkanı verəcək.
Xatırladaq ki, Fernandeş daha əvvəl bütün diqqətini komandanın nəticələrinin yaxşılaşdırılmasına yönəltmək üçün yeni müqavilə ilə bağlı danışıqları dayandırdığını açıqlamışdı.
