İngiltərənin “Arsenal” klubu UEFA Çempionlar Liqasının cari mövsümündə arzuolunmaz göstərici ilə yadda qalıb.
İdman.Biz Britaniya mediasına istinadən xəbər verir ki, turnirin əsas mərhələsinin beşinci turunda Dortmund “Borussiya”sı ilə doğma meydanda 1:1 hesablı heç-heçə edən London klubu rəqib qapısına 30 zərbə endirib.
Onlardan 16-sı qeyri-dəqiq olub, 10-nun qarşısı rəqib futbolçular tərəfindən alınıb, yalnız dördü qapı çərçivəsinə tuş gəlib.
Cari mövsümdə Çempionlar Liqasının heç bir iştirakçısı bir qarşılaşmada bu qədər qeyri-dəqiq zərbə ilə yadda qalmayıb.
Qeyd edək ki, “Arsenal” beş turdan sonra 11 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.
