“Bavariya”da zədə böhranı dərinləşir

27 Noyabr 2026 20:41
36
“Bavariya”da zədə böhranı dərinləşir

Almaniyanın “Bavariya” klubunun zədəli futbolçularının sırasına daha bir oyunçu qoşulub.

İdman.Biz xəbər verir ki, hazırda Münhen təmsilçisinin məşqçilər heyəti yeddi futbolçunun – Harri Keyn, Maykl Olise, Camal Musiala, İsmayıl Saybari, Serj Qnabri, Alfonso Deyvis və Manuel Noyerin xidmətindən yararlana bilmir.

Yenidən zədələnən Musialanın vəziyyəti xüsusi narahatlıq doğurur. Yarımmüdafiəçinin 2026-cı ilin sonunadək meydana çıxmayacağı gözlənilir.

Heyətdəki itkilər komandanın nəticələrinin pisləşməsi ilə üst-üstə düşüb. “Bavariya” son iki qarşılaşmada qələbə qazana bilməyib. Münhen klubu Bundesliqada “Köln”lə 1:1 hesablı heç-heçə edib, Çempionlar Liqasında isə Fransanın “Lill” komandasına 1:2 hesabı ilə uduzub.

Hazırda “Bavariya” Almaniya çempionatının turnir cədvəlində lider Dortmund “Borussiya”sından iki xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

İdman.Biz