Futbol üzrə 2026-cı il Dünya Çempionatında ailə bağları ilə seçilən səkkiz qardaş cütlüyü diqqət mərkəzinə düşəcək.
İdman.Biz xəbər verir ki, həmin cütlüklərdən dördü fərqli yığmaların heyətində çıxış edəcək. Onların sırasında İnyaki Uilyams - Niko Uilyams, Qyela Düe - Dezire Düe, Con Suter - Harri Suter, Derrik Lukassen - Brayan Brobbi cütlükləri var.

Ən diqqətçəkən nümunələrdən biri Uilyams qardaşlarıdır. Hər ikisi İspaniyanın “Atletik” futbol klubunda çıxış etsə də, İnyaki Qana, Niko isə İspaniya millisinin formasını geyinir. FIFA-nın heyət siyahısında İnyaki Uilyams Qananın, Niko Uilyams isə İspaniyanın iştirak ərizəsində yer alıb.

Düe qardaşları da oxşar hekayə ilə diqqət çəkir. Qyela Düe Kot-d’İvuar millisində, Dezire Düe isə Fransa yığmasında çıxış edir. Qyela “Strasbur”, Dezire isə PSJ futbolçusu kimi Dünya Çempionatı heyətinə daxil edilib.

Suter qardaşlarının seçimi də fərqli olub. Con Suter Şotlandiya, Harri Suter isə Avstraliya millisinin heyətində turnirə qatılır.

Derrik Lukassen və Brayan Brobbi cütlüyü də bu siyahıya daxildir. Lukassen Qananı, Brobbi isə Niderland millisinin şərəfini qoruyacaq.
Bu səbəbdən DÇ-2026 təkcə futbol səviyyəsi ilə deyil, ailə hekayələri ilə də maraq doğuracaq. Turnirin gedişi bu qardaşlardan bəzilərini bir-birinə rəqib də edə bilər.
