Türkiyənin “Fənərbağça” futbol klubunda növbədənkənar seçkili ümumi qurultayın qalibi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Aziz Yıldırım prezident seçkilərində qalib gəlib.
O, Hakan Safi ilə mübarizədə üstünlük qazanaraq “Fənərbağça”nın yeni prezidenti olub. Seçkidə 27 min 138 konqres üzvü səs verib. Səsvermə başa çatdıqdan sonra aparılan sayımda üstünlük Aziz Yıldırımın tərəfində olub.
Yıldırım 2018-ci ildə Ali Koça uduzduğu seçkidən sonra prezident postundan ayrılmışdı. Bununla da o, səkkiz il dörd gün sonra yenidən “Fənərbağça” rəhbərliyinə qayıdıb.
Aziz Yıldırımın qələbəsindən sonra “Fənərbağça”da yeni dövr başlayır. Təcrübəli funksionerin yaxın günlərdə klubun idarəetməsi, transfer planları və yeni mövsümə hazırlıqla bağlı yol xəritəsini açıqlaması gözlənilir.
