İngiltərənin “Nyukasl” futbol komandasının yarımmüdafiəçisi Bruno Gimarayeş “Arsenal”ın transfer hədəfindədir.
İdman.Biz xəbər verir ki, London təmsilçisi braziliyalı futbolçunun keçidi ilə bağlı gələn həftə “Nyukasl”la yeni danışıqlar aparacaq.
“Arsenal”ın 70 milyon funt (158,5 milyon AZN) məbləğində ilk təklifini artıracağı bildirilir. Transferin baş tutması “Nyukasl”ın futbolçunun satışına və tələb edəcəyi məbləğə dair qərarından asılı olacaq.
Məlumata görə, Bruno Gimarayeşlə şəxsi müqavilə şərtləri ilə bağlı razılıq əldə olunub.
