“Bodo-Qlimt”in oyunçusu Kamilo Duranın komanda yoldaşı ola bilər

26 İyul 2026 09:08
86
“Bodo-Qlimt”in oyunçusu Kamilo Duranın komanda yoldaşı ola bilər

“Seltik” “Bodo-Qlimt” və Danimarka millisinin hücumçusu Kasper Hoqu transfer etməyə yaxındır.

İdman.Biz bu barədə Sky Sports-a istinadən məlumat verir.

Klublar artıq bonuslar da daxil olmaqla 11 milyon funt sterlinq (təxminən 13 milyon avro) dəyərində müqavilə şərtlərini razılaşdırıblar. Şotlandiya klubu yanvar ayından bəri transfer üzərində işləyir. “Norviç Siti” də qışda Hoqu transfer etməyə çalışsa da, oyunçu Norveç klubunda qalmağı seçdi və UEFA Çempionlar Liqasında oynamağa davam etdi.

Kasper Hoq 2024-cü ildən bəri “Bodo-Qlimt”də oynayır. Bu müddət ərzində o, komandada 103 oyunda meydana çıxıb, 54 qol vurub və 22 məhsuldar ötürmə edib.

“Qarabağ” klubunun oyunçusu Kamilo Duran da bu yay transfer pəncərəsində “Seltik”ə keçib.

İdman.Biz