Argentina futbol millisinin yarımmüdafiəçisi Enso Fernandes DÇ-2026-nın finalından sonra psixoloji baxımdan çətin dövr keçirir.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda 25 yaşlı futbolçunun İspaniya ilə finaldakı qırmızı vərəqəyə görə özünü günahlandırdığı, yaxınları ilə az danışdığı və iştahasının azaldığı iddia olunur.
Həmçinin Argentina millisindən heç bir futbolçunun onunla əlaqə saxlamadığı barədə məlumat yayılıb.
Enso Fernandesin həyat yoldaşı Valentina Servantes də finaldan sonra sosial şəbəkədə futbolçuya dəstək mesajı yayıb və onunla fəxr etdiyini bildirib.
Qeyd edək ki, Enso Fernandes İspaniyaya 0:1 hesabı ilə uduzduqları DÇ-2026 finalının 90+3-cü dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulub. İspaniya əlavə vaxtda vurduğu qolla dünya çempionu olub.


