“Çelsi” və İngiltərə millisinin yarımmüdafiəçisi Koul Palmerson aylarda "Çelsi"dən gedəcəyi ilə bağlı səslənən suallara aydınlıq gətirib və mümkün ayrılıq ehtimallarını qəti şəkildə təkzib edib.
İdman.Biz xəbər verir ki, 23 yaşlı hücumameyilli yarımmüdafiəçi "Mançester Yunayted"ə keçidi ilə bağlı yayılan xəbərlərə baxmayaraq, “Çelsi”dən ayrılmaq planının olmadığını bildirib.
"Hamı sadəcə danışır. Bunları görəndə gülürəm. Əlbəttə, Mançester mənim evimdir. Bütün ailəm oradadır, amma ora üçün darıxmıram. Bəlkə üç ay getməsəm darıxaram. Amma qayıdanda düşünürəm ki, orada mənim üçün heç nə yoxdur. “Çelsi”dən ayrılmaq planım yoxdur. Hələ qarşıda oynayacağımız çox şey var. Bizi İngiltərə Kubokunun yarımfinalı gözləyir və əgər Çempionlar Liqasına vəsiqə qazandıran mövqedə mövsümü başa vursaq, komandaya lazım olan futbolçuları transfer etmək üçün yaxşı imkan yaranacaq” - deyə Kol Palmer qeyd edib.
Qeyd edək ki, Kol Palmerin “Çelsi” ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir.
