Özbəkistan futbolunda böhran

22 Aprel 2026 11:10
202
Özbəkistan futbolunda böhran

Özbəkistanın dövlət neft-qaz şirkəti "Özbəkneftqaz" futbol klublarının maliyyələşdirilməsini tam dayandırıb.

İdman.Biz bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat konfransında qurumun idarə heyəti sədrinin birinci müavini Suhrob Xamrayev rəsmi açıqlama verib.

Onun sözlərinə görə, bu addım dövlət şirkətinin idman sahəsində xərclərə yenidən baxılması siyasəti ilə izah olunur.

Xamrayev əvvəlki illərdə yaranmış borc məsələsinə də toxunub. Bildirilib ki, xüsusilə "Bunyodkor" klubu və keçmiş braziliyalı futbolçu Rivaldo ilə bağlı maliyyə öhdəlikləri məhz klubun üzərinə düşür.

Onun fikrincə, Rivaldoya olan borcun ödənilməsi birbaşa klubun məsuliyyətidir və bu, "Özbəkneftqaz" aid deyil. Şirkət bu kimi öhdəlikləri üzərinə götürmədiyini xüsusi vurğulayıb.

Beləliklə, dövlət şirkəti futbol klublarının maliyyələşdirilməsi praktikasından tam imtina etdiyini təsdiqləyib. Bu qərarın ölkə futbolunda maliyyə modelləri və klubların özünütəminetmə mexanizmləri ilə bağlı yeni müzakirələrə səbəb olacağı gözlənilir.

Hazırda əsas diqqət klubların müstəqil maliyyə fəaliyyəti və əvvəlki müqavilələr üzrə öhdəliklərin tənzimlənməsi yollarına yönəlib.

İdman.Biz