"Tottenhem" cari mövsümün sonunda Çempionşipə düşəcəyi təqdirdə əsas oyunçularını itirə bilər.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqada qalmağı bacarmayacağı halda komandadan ayrılmağa əsas namizədlərdən biri mərkəz müdafiəçisi Mikki van de Ven olacaq.
Mənbənin məlumatına görə, niderlandlı futbolçunun ətrafı ilə artıq "Çelsi"nin nümayəndələri əlaqə saxlayıb və tərəflər mümkün yay transferini müzakirə ediblər. “Transfermarkt” portalının ekspertləri 25 yaşlı müdafiəçinin bazar dəyərini 65 milyon avro qiymətləndirirlər.
Qeyd edək ki, van de Venlə "Barselona" və Madrid "Real"ının da maraqlandığı bildirilirdi.
