Mərakeş millisinin və PSJ klubunun ulduz futbolçusu Əşrəf Hakimi Fransanın paytaxtında təsadüfən məşhur müğənni Rihanna ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, Hakimi ulduz sənətçiyə öz imzalı formasını hədiyyə edib.
Bu maraqlı an sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İstifadəçilər zarafatla futbolçunun həmişə özü ilə forma daşıyıb-daşımadığını sual ediblər.
