AFFA oyununda hakim səhvən futbolçunu qovdu və meydançaya qaytardı

21 Aprel 2026 01:37
395
AFFA oyununda hakim səhvən futbolçunu qovdu və meydançaya qaytardı

AFFA U-17 liqasında "Şəfa" ilə "Sabah" arasında keçirilən oyunda hakim səhvi ilə yadda qalan qalmaqallı epizod yaşanıb.

İdman.Biz sportlife.az-a istinadən xəbər verir ki, görüşün baş hakimi "Sabah"ın futbolçusuna sarı vərəqə göstərdikdən sonra bunu ikinci sarı kimi qiymətləndirərək oyunçunu meydandan kənarlaşdırıb.

Komandanın etirazlarına baxmayaraq, hakim qərarında israr edib və futbolçunun meydanı tərk etməsini tələb edib.

Lakin 15 dəqiqə sonra baş hakim səhvini anlayaraq qırmızı vərəqəni ləğv edib və futbolçunun yenidən oyuna qayıtmasına icazə verib.

İdman.Biz