“Sumqayıt”ın iki futbolçusu komandanı tərk edir? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

20 Aprel 2026 15:44
214
“Sumqayıt”ın iki futbolçusu komandanı tərk edir? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

“Sumqayıt”da icarə əsasında çıxış edən Emil Mustafayev və Danilo Beskorovaynıy mövsümün sonunda Ukraynanın “Polissya” klubuna qayıda bilərlər.

İdman.Biz məsələ ilə bağlı “kimyaçılar”ın mətbuat xidmətinə sorğu ünvanlayıb.

Klubun mətbuat katibi Zaur Xudiyev saytımıza açıqlamasında bildirib ki, hər iki futbolçunun davam edən müqavilələri var:

“Çempionatın sonuna yaxınlaşırıq. Hazırda bütün diqqətimizi qalan oyunlara yönəltmişik. Kimin gedib, kimin qalacağına mövsüm başa çatdıqdan sonra aydınlıq gələcək”.

Qeyd edək ki, həm Emil Mustafayev, həm də Danilo Beskorovaynıy qış “transfer pəncərəsi”ndə “Sumqayıt”a qoşulublar.

Xatırladaq ki, “Sumqayıt” hazırda turnir cədvəlində 35 xalla yeddinci pillədə qərarlaşıb.

İdman.Biz