Niderland futbolunun əfsanəsi İtaliya futbolunun problemini açıqladı

20 Aprel 2026 16:42
168
Niderland futbolunun əfsanəsi İtaliya futbolunun problemini açıqladı

Keçmiş niderlandlı futbolçu Rud Qullit İtaliya futbolundakı problemlər barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, o, vəziyyətin A Seriyasındakı legionerlərin çoxluğu ilə bağlı olmadığını bildirib.

Qullitin sözlərinə görə, əcnəbi futbolçular əvvəllər də İtaliya çempionatında çıxış ediblər və bu, milli komandanın yüksək nəticələr qazanmasına mane olmayıb. O hesab edir ki, əsas problem müdafiə xəttindədir.

“İtaliya həmişə hücumların qurulmasında iştirak edə bilən ağıllı müdafiəçilərlə seçilib. Corco Kyellini və Leonardo Bonuççi kimi oyunçular artıq yoxdur. Eyni zamanda keyfiyyətli hücumçular da çatışmır”, - deyə Qullit bildirib.

Qeyd edək ki, sabiq futbolçu karyerası ərzində “AC Milan” və “Sampdoria” klublarında çıxış edib.

İdman.Biz