İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən qarşılaşmada “Çelsi” öz meydanında “Mançester Yunayted”i qəbul edib. Londonda baş tutan gərgin mübarizə qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, oyunun taleyini bir qol müəyyənləşdirib. Birinci hissənin sonlarında, 44-cü dəqiqədə Mateus Kunya dəqiq zərbə ilə rəqib qapısına yol taparaq “Mançester Yunayted”ə vacib üç xal qazandırıb. Meydan sahiblərinin tarazlığı bərpa etmək cəhdləri nəticəsiz qalıb.
Bu qələbədən sonra xallarının sayını 58-ə çatdıran mançesterlilər turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıblar. 48 xalı olan “Çelsi” isə altıncı sırada qalıb.
Növbəti turda “Çelsi” aprelin 21-də səfərdə “Brayton”la qarşılaşacaq. “Mançester Yunayted” isə aprelin 27-də doğma meydanda “Brentford”u sınağa çəkəcək.
22:50
İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən görüşdə “Tottenhem” öz meydanında “Brayton”u qəbul edib. Gərgin keçən qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Pedro Porro və Xavi Simons fərqlənsələr də, bu qollar qələbə üçün kifayət etməyib. Qonaqların heyətində isə Kaoru Mitoma və uzatma dəqiqələrində səhnəyə çıxan Jorjinyo Rütter rəqib qapısına yol tapıblar. Məhz Rütterin son dəqiqə qolu “Brayton”un səfərdən bir xalla dönməsini təmin edib.
Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran “Tottenhem” turnir cədvəlinin 18-ci pilləsində qalıb. 47 xalı olan “Brayton” isə 9-cu sırada qərarlaşıb.
20:13
İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən görüşdə “Nyukasl” doğma divarlar arasında “Bornmut”u qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, matçda hesabı 30-cu dəqiqədə qonaqlar açıblar. Rayanın ötürməsindən sonra Markus Tavernye dəqiq zərbə ilə “Bornmut”u önə çıxarıb. “Sağsağanlar” bu qola 68-ci dəqiqədə Uilyam Osula ilə cavab verərək tarazlığı bərpa ediblər. Lakin “Nyukasl” bərabərlik hesabını qoruya bilməyib. Oyunun sonuna yaxın, 85-ci dəqiqədə Edrien Trüffer fərqlənərək “Bornmut”un səfər qələbəsini rəsmiləşdirib.
Bu nəticədən sonra xallarının sayını 48-ə çatdıran “Bornmut” turnir cədvəlinin səkkizinci pilləsinə yüksəlib. Aktivində 42 xal olan “Nyukasl” isə 14-cü sırada qərarlaşıb.
Xatırladaq ki, komandalar arasında mövsümün ilk dövrəsində baş tutan görüşdə qapılara qol vurulmamışdı – 0:0.
Paralel keçən oyunda isə "Lids" ev oyununda "Vulverhempton"u 3:0 hesabı ilə məğlub edib.
Qələbəyə baxmayaraq "Lids" (15) turnir cədvəlindəki mövqeyini dəyişməyib. "Vulverhempton" da 20-ci pillədəki mövqeyindədir.
17:37
İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən “Brentford” - “Fulhem” qarşılaşması qolsuz bərabərliklə yekunlaşıb.
Doğma meydanda rəqibini qəbul edən “Brentford” üstünlüyünü hesaba əks etdirə bilməyib və komandalar meydanı hərəyə bir xalla tərk ediblər.
İdman.Biz xəbər verir ki, bu heç-heçədən sonra xallarının sayını 48-ə çatdıran “Brentford” turnir cədvəlinin yeddinci pilləsindəki mövqeyini qoruyub. 45 xalı olan “Fulhem” isə 12-ci sırada qərarlaşıb.
Qeyd edək ki, tərəflər arasında ötən ilin sentyabrın 20-də baş tutan ilk dövrə oyununda “bağbanlar” 3:1 hesablı qələbə qazanmışdılar.
Növbəti turda “Brentford” aprelin 27-də “Old Trafford” stadionunda “Mançester Yunayted”in qonağı olacaq. “Fulhem” isə aprelin 25-də öz meydanında “Aston Villa”nı qəbul edəcək.
