Joze Mourinyo “Real Madrid”in baş məşqçisi təyin edilib - RƏSMİ

11 İyun 2026 22:21
85
Joze Mourinyo “Real Madrid”in baş məşqçisi təyin edilib - RƏSMİ

Joze Mourinyo “Real Madrid”in baş məşqçisi təyin edilib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

“Bu gün Florentino Peresin sədrliyi ilə keçirilən iclasda Joze Mourinyonu növbəti üç mövsüm üçün, 30 iyun 2029-cu ilə qədər əsas komandanın baş məşqçisi təyin etmək qərarına gəldik.

Joze Mourinyo mövsümöncəsi hazırlıqların başladığı gün, 13 iyulda “Real Madrid”ə qoşulacaq”, - klubun mətbuat xidməti açıqlamasında bildirib.

Mourinyo əvvəllər 2010-cu ildən 2013-cü ilə qədər Madrid klubunu çalışdırıb. Mourinyo klubla İspaniya liqasını və İspaniya kubokunu qazanıb.

İdman.Biz