“Çelsi” ötən mövsümü icarə əsasında “Barselona”da keçirən "Mançester Yunayted"in hücumçusu Markus Reşfordla maraqlanır.
İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, London klubu 28 yaşlı futbolçunu daimi əsasda transfer etməyə hazır deyil. Əgər “Çelsi” Reşfordla müqavilə bağlasa, bu, yalnız icarə əsasında olacaq. İngilis futbolçu transfer olunarsa, “göylər” ona həftədə 325.000 funt sterlinq (377.000 avro) maaş ödəməli ola bilər və buna görə də hücumçunun transferinə əlavə vəsait xərcləmək istəmirlər.
Ötən mövsüm Reşford bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
