Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində altı cavab oyunu keçiriləcək.
İdman.Biz xəbər verir ki, həmin qarşılaşmaların nəticəsinə əsasən üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq daha altı komanda müəyyənləşəcək.
Oyun proqramına Bakı vaxtı ilə saat 19:00-da Finlandiyada keçiriləcək "KuPS" - "Sabah" matçı ilə start veriləcək.
Saat 20:00-da Cəbəllütariqin "Linkoln Red İmps" klubu İsveç təmsilçisi "Mellybi"ni qəbul edəcək. İlk oyunda 3:0 hesabı ilə qalib gələn İsveç klubu növbəti mərhələyə yüksəlməyə çox yaxındır.
Saat 22:00-da Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası İsveçrənin "Tun" klubunu qəbul edəcək. Komandalar arasında İsveçrədə keçirilən ilk qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Saat 22:15-də isə Sloveniyanın "Tsele" klubu Albaniya təmsilçisi "Eqnatiya" ilə üz-üzə gələcək. İlk oyunda tərəflər hərəyə üç dəfə fərqlənərək 3:3 hesablı heç-heçəyə razılaşıblar.
Saat 22:45-də Şotlandiyanın "Harts" komandası Avstriya çempionu "Şturm"u qəbul edəcək. İlk matçda 4:0 hesablı qələbə qazanan Avstriya təmsilçisi cavab görüşünə böyük üstünlüklə çıxacaq.
Günün son oyunu isə saat 23:00-da İrlandiyada keçiriləcək. "Şemrok Rovers" klubu Ermənistanın "Ararat-Armeniya" komandasını qəbul edəcək. İlk qarşılaşmada 2:0 hesabı ilə qalib gələn Ermənistan təmsilçisi üstün mövqedədir.
Bu gün keçiriləcək oyunlar:
19:00 – "KuPS" - "Sabah" (ilk oyun - 0:1)
20:00 – "Linkoln Red İmps" - "Mellybi" (0:3)
22:00 – "Dinamo" (Zaqreb) - "Tun" (1:1)
22:15 – "Tsele" - "Eqnatiya" (3:3)
22:45 – "Harts" - "Şturm" (0:4)
23:00 – "Şemrok Rovers" - "Ararat-Armeniya" (0:2).
