“Yuventus” baş direktor Komolli ilə yollarını ayırır

11 İyun 2026 23:53
81
“Yuventus” baş direktor Komolli ilə yollarını ayırır

“Yuventus” baş direktor Damien Komoli ilə münasibətlərinə son qoyacaq.

İdman.Biz jurnalist Canluka Di Marzioya istinadən bildirir ki, klubdan rəsmi açıqlama yaxın saatlarda gözlənilir.

Komolli 2025-ci ilin iyun ayında baş direktor vəzifəsinə təyin olunub. Ona klub üçün yeni idarəetmə və idman modeli qurmaq tapşırılmışdı, lakin nəticələr qeyri-qənaətbəxş hesab edilib. Onun getməsinin əsas səbəbləri arasında “Yuventus”un 2025/2026 mövsümündə Çempionlar Liqasına vəsiqə qazana bilməməsi, eləcə də uğursuz transfer kampaniyaları yer alır.

Turin klubuna qoşulmazdan əvvəl Komolli 2020-ci ildən 2025-ci ilə qədər Fransanın “Tuluza” klubunun prezidenti vəzifəsində çalışıb. Onun rəhbərliyi altında klub 2023-cü ildə Fransa Kubokunu qazanıb. Komoli ilə münasibətlərinə son qoyulduqdan sonra “Yuventus” yeni baş direktor axtarışına başlayacaq.

İdman.Biz