Avropa çempionatı: Kandelaki və Abbasov bürünc medal uğrunda yarışacaqlar - YENİLƏNİB + VİDEO

20 Aprel 2026 21:37
2 590
Avropa çempionatı: Kandelaki və Abbasov bürünc medal uğrunda yarışacaqlar - YENİLƏNİB + VİDEO

Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki (130 kq) Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, yarımfinal görüşündə Kandelaki Macarıstan təmsilçisi Darius Vitekə 1:1 hesabı ilə uduzub. Görüşün taleyi son aktiv hərəkətə əsasən müəyyənləşib.

Beləliklə, ağır çəkili idmançımız üçüncü yer uğrunda görüşə çıxacaq və turniri medalla başa vurmaq şansını qoruyur.

Qeyd edək ki, bürünc medal uğrunda mübarizəyə çıxacaq digər təmsilçimiz İslam Abbasovdur.

21:25

Yunan-Roma güləşi üzrə Azərbaycan təmsilçisi İslam Abbasov (87 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, yarımfinal görüşündə Abbasov Bolqarıstan təmsilçisi Semen Novikova 0:4 hesabı ilə məğlub olub.

Beləliklə, idmançımız turniri medalsız başa vurmamaq üçün üçüncü yer uğrunda görüşə çıxacaq.

15:23

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı Norveç təmsilçisi Eksos Mukubunu (4:3) hesabı ilə məğlub edib.

Beləliklə, İ.Abbasov yarımfinal mərhələsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Beka Kandelaki də turnirin bu mərhələsinə adlayıb.

Yarış aprelin 26-da yekunlaşacaq.

15:15

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçilərinin növbəti görüşləri baş tutub.

İdman.Biz xəbər verir ki, yunan-Roma güləşçimiz Beka Kandelaki (130 kq) Almaniya təmsilçisi Yello Krahmeri (3:2) hesabı ilə məğlub edərək yarımfinal mərhələsinə yüksəlib.

Digər təmsilçilərimizdən Rəşad Məmmədov (55 kq) 1/4 finalda rusiyalı ikiqat Avropa çempionu və dünya mükafatçısı Emin Seferşayevə (UWW) (0:3) hesabı ilə uduzub.

Ziya Babaşov (63 kq) isə bu mərhələdə türkiyəli ikiqat Avropa çempionu Kərəm Kamala (0:8) hesabı ilə məğlub olub.

Sənan Süleymanov (77 kq) 1/4 finalda macarıstanlı Robert Attila Fritşə (5:6) hesabı ilə uduzub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da yekunlaşacaq.

14:13

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı Polşa təmsilçisi Arkadiuş Kuliniçi (3:1) məğlub edib.

Beləliklə, İ.Abbasov 1/4 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Sənan Süleymanov və Beka Kandelaki də turnirin bu mərhələsinə adlayıblar.

Yarış aprelin 26-da yekunlaşacaq.

13:43

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı Belarus təmsilçisi Şuay Mamedovu (UWW) tam üstünlüklə (9:0) məğlub edib.

Beləliklə, S.Süleymanov 1/4 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Beka Kandelaki də turnirin bu mərhələsinə adlayıb.

Yarış aprelin 26-da yekunlaşacaq.

13:29

Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki (130 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı Albaniya təmsilçisi Qriseldi Kodranı tam üstünlüklə (11:0) məğlub edib.

Beləliklə, B.Kandelaki 1/4 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

09:29

Bu gün Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaqlar.

İdman.Biz xəbər verir ki, yarışın ilk günündə beş yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) məşqçilər korpusunun etimadını doğrultmağa çalışacaqlar.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

İdman.Biz