Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turniri davam edir.
İdman.Biz xəbər verir ki, U-20 yaş qrupu üzrə təşkil olunan yarışın ikinci günündə Azərbaycanın daha dörd güləşçisi medal qazanmağa nail olub.
Sərbəst güləş ustalarından Nurlan Ağazadə (74 kq) bürünc medala sahib çıxıb.

Yunan-Roma güləşi üzrə mübarizədə isə idmançılarımız iki mükafat əldə ediblər. 87 kq çəki dərəcəsində yarışan Orxan Hacıyev gümüş, Abdullah Həsənov isə bürünc medalla turniri başa vurublar.

Qadın güləşçilərin yarışında Esra Məmmədli (53 kq) fərqlənib. O, uğurlu çıxış edərək turnirin üçüncü pilləsində qərarlaşıb.
Qeyd edək ki, yarışın ilk günü Azərbaycan seçmə komandası üçün uğurlu keçib və güləşçilərimiz günü beş medalla tamamlayıblar.
