“Yuventus” kapitanı ilə müqaviləni uzatdı

18 Aprel 2026 10:40
145
“Yuventus” kapitanı ilə müqaviləni uzatdı

“Yuventus” yarımmüdafiəçi və komandanın kapitanı Manuel Lokatelli ilə müqaviləni 2030-cu ilin yayına qədər uzadıb.

İdman.Biz xəbər verir ki, klub rəhbərliyi bu addımı komandanın gələcək planları baxımından mühüm hesab edir.

“Hamımız xatırlayırıq ki, Manuel 2021-ci ildə kluba qoşularkən böyük həyəcanla həmişə “Yuventus” azarkeşi olduğunu demişdi. Buna görə də onunla müqavilənin uzadılması meydanda artan liderliyinin, “Yuventus”un cilovlanmaz ruhunun təbii davamıdır və bu, klubumuzun dəyərləri və ambisiyaları ilə tam uyğun gəlir. Bu, gələcəyə yönəlik baxışla və komandanı daha da rəqabətədavamlı etmək məqsədilə idman layihəmizin sabitliyini və davamlılığını təmin etmək yolunda növbəti addımdır”, — deyə Turin klubunun baş icraçı direktoru Damyen Komolli “Yuventus”un rəsmi saytına bildirib.

Lokatelli Turin klubu heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 224 oyun keçirib, bu matçlarda doqquz qol vurub və 17 məhsuldar ötürmə edib.

İdman.Biz