Cüdoçumuz Gültac Məmmədəliyeva Avropa çempionatına qələbə ilə başladı - YENİLƏNİR

16 Aprel 2026 10:59
177
Cüdoçumuz Gültac Məmmədəliyeva Avropa çempionatına qələbə ilə başladı - YENİLƏNİR

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa çempionatına uğurlu başlayıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/16 final mərhələsində Lüksemburq idmançısı Karla Tavares Fernandeşlə qarşılaşıb.

Görüşdən qalib ayrılan G.Məmmədəliyeva növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bu gün Azərbaycanın yeddi cüdoçusu tatamiyə çıxır. Yarış aprelin 19-da yekunlaşacaq.

09:30

Bu gün Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə başlayırlar.

İdman.Biz xəbər verir ki, ilk yarış günündə milli komandanın yeddi üzvü tatamiyə çıxacaq.

Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Turan Bayramov (66 kq), qadınlardan Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) medal qazanmağa çalışacaqlar.

Kişilər
60 kq, 1/8 final

Balabəy Ağayev - Qal Blajiç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə
Əhməd Yusifov - Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə

66 kq, 1/16 final
Turan Bayramov - Nikolas Kuntse (Almaniya)

Qadınlar
48 kq, 1/16 final

Könül Əliyeva - Amber Qersyes (Niderland)
Şəfəq Həmidova - Erza Muminoviç (Kosova)

52 kq, 1/16 final
Leyla Əliyeva - Nikolina Nişaviç (Serbiya)
Gültac Məmmədəliyeva - Karla Tavares Fernandeş (Lüksemburq)

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

İdman.Biz