Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

15 Aprel 2026 00:34
181
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

16–19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

İdman.Biz xəbər verir ki, qitə yarışında Azərbaycanı təmsil edəcək yekun heyət bəlli olub.

Mötəbər turnirdə 11 çəki dərəcəsində 15 cüdoçumuz (9 kişi və 6 qadın) mübarizə aparacaq. İlkin heyətdə yer alan Ruslan Paşayev (-66 kq) zədələndiyi üçün yekun siyahıda onu Turan Bayramov əvəzləyib.

Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.

Qeyd edək ki, yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq
Balabəy Ağayev
Əhməd Yusifov

-66 kq
Turan Bayramov

-73 kq
Hidayət Heydərov

-81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli

-90 kq
Murad Fətiyev

-100 kq
Zelim Kotsoyev

+100 kq
Kənan Nəsibov

Qadınlar

-48 kq
Könül Əliyeva
Şəfəq Həmidova

-52 kq
Leyla Əliyeva
Gültac Məmmədəliyeva

-70 kq
Südabə Ağayeva

+78 kq
Madina Kaisinova

İdman.Biz