Cüdoçularımız ilham mənbələrini açıqlayıb - VİDEO

15 Aprel 2026 18:03
322
Cüdoçularımız ilham mənbələrini açıqlayıb - VİDEO

Azərbaycan Cüdo Federasiyası sabah Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatında çıxış edəcək idmançılarımızla bağlı xüsusi motivasiya videosu hazırlayıb.

İdman.Biz xəbər verir ki, millinin üzvləri qitə birinciliyinə daha böyük ruh yüksəkliyi ilə qatılmalarına səbəb olan amilləri bölüşüblər.

Onlar bu motivasiya mənbələrini telefon ekranlarında nümayiş etdiriblər.

Bəzi idmançılar döyüşlərini övladlarına və valideynlərinə həsr etdiklərini bildiriblər, digərləri isə Azərbaycanı təmsil etmək, Olimpiya hədəfləri və doğma evləri üçün mübarizə aparacaqlarını vurğulayıblar.

İdman.Biz