Azərbaycan Premyer Liqası: “Karvan-Yevlax” “Şamaxı” ilə üz-üzə

18 Aprel 2026 09:41
176
Azərbaycan Premyer Liqası: “Karvan-Yevlax” “Şamaxı” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 28-ci turunun oyunu “Karvan-Yevlax” “Şamaxı” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını Emin Əliyev idarə edəcək.

“Karvan-Yevlax” 11 xalla turnir cədvəlinin on ikinci pilləsində yer alıb. 32 xala malik “Şamaxı” isə səkkizincidir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 28-ci tur
18 aprel
15:30. “Karvan-Yevlax” - “Şamaxı”

Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu

Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.

İdman.Biz