UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Alyans Arena”da keçirilən “Bavariya” - “Real” (4:3) matçından sonra qitə futbol qurumu meydan sahiblərinə qarşı intizam araşdırmasına başlayıb.
İdman.Biz xəbər verir ki, Münhen təmsilçisi dörd müxtəlif qayda pozuntusunda ittiham olunur.
İttihamlar aşağıdakılardır:
- Azarkeşlər tərəfindən asayişin pozulması;
- İctimai keçid yollarının bloklanması;
- Meydançaya kənar əşyaların atılması;
- İdman tədbirinə uyğun olmayan mesajın nümayişi (anti-UEFA pankartı).
Qeyd edək ki, gərgin keçən qarşılaşmada “Bavariya” ümumi hesabda (6:4) qalib gələrək yarımfinala yüksəlib və burada PSJ ilə qarşılaşacaq.
