İspaniyanın “Real” futbol klubunun baş məşqçi postuna Yurgen Kloppun gətiriləcəyi ilə bağlı yayılan xəbərləri nəzərə almır. Baxmayaraq ki, bir müddət əvvəl “The Athletic” nəşri “kral klubu”nun rəhbərliyinin “Liverpul”un sabiq çalışdırıcısının namizədliyini yüksək qiymətləndirdiyini iddia etmişdi.
İdman.Biz xəbər verir ki, tanınmış jurnalist Xosep Pedrerol “El Chiringuito” proqramında bu keçidin qeyri-mümkün olduğunu bildirib.
“Məndə olan məlumata görə, Yurgen Klopp variantı imkansızdır. Hazırda Kloppun gəlişini həyəcanla gözləyənlər, bunu unutsunlar. Onun “Real”a keçidi gözlənilmir. Bəlkə də o, hamınızın çox bəyəndiyi möhtəşəm məşqçidir, lakin rəhbərliyin planlarında yoxdur. Onunla müqavilə imzalanması planlaşdırılmır”, - deyə jurnalist vurğulayıb.
Qeyd edək ki, cari ilin yanvar ayından Madrid təmsilçisinin baş məşqçisi postunu Alvaro Arbeloa tutur.
