İngiltərənin “Mançester Siti” komandasının anonim qalan futbolçusu və ya əməkdaşı klubun trebl (Premyer Liqa, Çempionlar Liqası və İngiltərə Kuboku) qazandığı 2022/23 mövsümünə aid medal kolleksiyasını hərraca çıxarıb.
İdman.Biz “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, bütün dəst üçün ilkin start qiyməti 30 min funt-sterlinq (68.5 min AZN) müəyyən edilib. Lakin mütəxəssislər mükafatların 100 min funt-sterlinqə (228.5 min AZN) qədər bahalaşacağını gözləyirlər.

