Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar - YENİLƏNİB + FOTO/VİDEO

21 Aprel 2026 22:20
1 223
Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar - YENİLƏNİB + FOTO/VİDEO

Beka Kandelaki (130 kq ) bürünc medal uğrunda görüşdə ukraynalı Mixaylo Vişnivetskiyə 1:3 hesabıyla məğlub oldu.

21:45

87 kq çək dərcəsində mübarizə aparan güləşçimiz İslam Abbasov türkiyəli Doğan Kayaya 5:1 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazandı.

20:23

55 kq çəki dərəcəsində bürünc medal uğrunda mübarizə aparan Rəşad Məmmədov Türkiyəni təmsil edən qazax güləşçi Ömer Recepə 8:0 hesabı ilə qalib gəlib.

10:57

Bu gün Azərbaycanın üç yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda mübarizəyə qoşulacaq.

İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

İdman.Biz