Azərbaycan klubu daha bir voleybolçu ilə vidalaşıb

24 Aprel 2026 15:23
142
Azərbaycan klubu daha bir voleybolçu ilə vidalaşıb

“Gəncə” voleybol komandasında daha bir ayrılıq yaşanıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Gəncə” voleybol klubu məlumat yayıb.

ABŞ-dən olan oyunçu Alisa Kim Qərb təmsilçisini tərk edib.

“Gəncə” daha əvvəl braziliyalı voleybolçu Qabriela Oliviera ilə vidalaşıb.

İdman.Biz