Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının son günündə Azərbaycanın sərbəst güləşçiləri mühüm görüşlərə çıxıblar. Milli komandamız günü iki qızıl və iki gümüş medalla başa vurub.
İdman.Biz xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan Giorgi Meşvildişvili finalda macarıstanlı Vladislav Baytsayevə heç bir şans verməyib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn güləşçimiz karyerasında ikinci dəfə Avropa çempionu olub.
Komandamızın aktivinə ikinci qızıl medalı Ali Tsokoyev (92 kq) yazdırıb. O, həlledici qarşılaşmada bolqarıstanlı Ahmed Batayevi 5:3 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Arseniy Djioyev (86 kq) rusiyalı İbrahim Kadiyevlə gərgin keçən final görüşündə 1:2 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib. Turan Bayramov (74 kq) da finalda slovakiyalı Taymuraz Salkazanova 2:4 hesabı ilə uduzaraq Avropa çempionatının ikinci pilləsində qərarlaşıb.
Bürünc medal uğrunda güləşən Nürəddin Novruzov (61 kq) italiyalı Simyone Pirodduya məğlub olaraq yarışı beşinci pillədə başa vurub.
Bununla da sərbəst güləşçilər Avropa çempionatını altı medalla başa vurublar. Daha əvvəl İslam Bazarqanov (57 kiloqram) qızıl, Cəbrayıl Hacıyev (79 kiloqram) bürünc medal əldə edib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə millimiz komanda hesabında birinci yeri tutub.
Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) da bürünc medal əldə edib. Sərbəst güləşdə isə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) bürünc medal qazanıb.
21:27
125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Giorgi Meşvildişvili finalda macarıstanlı Vladislav Baytsayevə 8:0 hesabıyla qalib gələrək ikinci dəfə Avropa çempionu oldu
21:06
Ali Tsokayev (92 kq) finalda bolqarıstanlı Ahmed Batayevə 5:3 hesabıyla qalib gələrək Avropa çempionu oldu
20:35
86 kq çəki dərəcəsində mübarizə aparan sərbəst geləşçimiz Arseniy Djioyev finalda rusiyalı İbrahim Kadiyevə 1:2 hesabıyla məğlub oldu və Avropa çempionatında gümüş medal qazandı.
19:55
Turan Bayramov (74) finalda slovakiyalı Taymuraz Salkazanova 2:4 hesabıyla məğlub oldu və Avropa çempionatında gümüş medal qazandı.
19:17
Nürəddin Novruzov (61 kq) bürünc medal görüşündə italiyalı Simyone Pirodduya "tuş"la məğlub oldu.
09:51
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının son günündə Azərbaycanın sərbəst güləşçiləri mühüm görüşlərə çıxacaq.
İdman.Biz xəbər verir ki, bu gün 4 idmançımız qızıl medal uğrunda mübarizə aparacaq, 1 güləşçimiz isə bürünc medal görüşünə çıxacaq.
Finalda Turan Bayramov (74 kq) Taymuraz Salmazanovla (Slovakiya), Arseniy Djioyev (86 kq) İbrahim Kadiyevlə (UWW), Ali Tsokayev (92 kq) Ahmed Batayevlə (Bolqarıstan), Giorgi Meşvildişvili (125 kq) isə Vladislav Baytsayevlə (Macarıstan) üz-üzə gələcək.
Nurəddin Novruzov (61 kq) isə bürünc medal uğrunda italiyalı Simyone Piroddu ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə millimiz komanda hesabında birinci yeri tutub.
Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) da bürünc medal əldə edib. Sərbəst güləşdə isə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) medal qazanıb.
