Vaxtı ikən İngiltərənin “Mançester Yunayted” klubunda çıxış etmiş Filip Mulrayn peşəkar karyerasını başa vurduqdan sonra Katolik keşişi kimi fəaliyyətə başlayıb.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi karyerası ərzində yüksək maaş alan futbolçulardan biri olub.
Bildirilir ki, o, müəyyən dövrdə mövsümə görə 500 min avroya qədər gəlir əldə edib.
Şimali İrlandiya millisinin də formasını geyinmiş Mulrayn futbolu buraxdıqdan sonra dini təhsil alaraq bu yolu seçib. Onun həyatındakı bu dəyişiklik idman ictimaiyyətində maraqla qarşılanıb.
