Çexiyada keçirilən aerobika gimnastikası üzrə beynəlxalq turnirdə Azərbaycan təmsilçiləri böyük uğura imza atıblar. Yarışda ölkəmizi təmsil edən Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyevadan ibarət üçlük bütün rəqiblərini üstələyib.
İdman.Biz xəbər verir ki, gimnastlarımız nümayiş etdirdikləri proqramla fəxri kürsünün birinci pilləsinə qalxaraq qızıl medal qazanıblar.

Qeyd edək ki, gimnastlarımız turnirdə yüksək texniki hazırlıq və əzmkarlıq nümayiş etdiriblər.

