Sumqayıtda idman gimnastikası üzrə ölkə birinciliyinin qalibləri məlum olub - FOTO

25 Aprel 2026 23:38
144
Sumqayıtda idman gimnastikası üzrə ölkə birinciliyinin qalibləri məlum olub - FOTO

Sumqayıt Olimpiya İdman Kompleksində kişi idman gimnastikası üzrə otuz birinci, qadın idman gimnastikası üzrə isə onuncu ölkə birinciliyi baş tutub.

İdman.Biz Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunun Sumqayıt bölməsindən olan gimnastlar qüvvələrini sınayıblar.

İdmançılar kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə müxtəlif gimnastika alətlərində öz proqramlarını təqdim ediblər. Yekun nəticələrə əsasən, “Ocaq Sport” Klubu ən yüksək göstərici ilə yarışın qalibi olub.

Turnirdə ümumilikdə əlliyə yaxın gimnast iştirak edib.

İdman.Biz