“Rəqiblər üzərində üstünlük əldə etmək istəyirik” - akrobat Murad Rəfiyevin İDMAN.BİZ-ə AÇIQLAMASI + VİDEO

5 İyun 2026 17:34
107
“Rəqiblər üzərində üstünlük əldə etmək istəyirik” - akrobat Murad Rəfiyevin İDMAN.BİZ-ə AÇIQLAMASI + VİDEO

“Bu gün balans proqramı ilə çıxış edəcəyik. Vəzifəmiz bu hərəkətdə maksimum yüksək xal toplamaq və rəqiblər üzərində üstünlük əldə etməkdir”.

İdman.Biz xəbər verir ki, bunu akrobatika və aerobika gimnastikası üzrə Dünya Kuboku mərhələsinin keçirildiyi Milli Gimnastika Arenasında döşəyə çıxmazdan əvvəl azərbaycanlı akrobat Murad Rəfiyev bildirib. İdmançı Daniel Abbasovla cütlükdə çıxış edir.

Atletin sözlərinə görə, onların cütlüyü turnirdə yaxşı nəticə göstərməyə ümid edir.

“Bu, doğma divarlar arasında keçirilən ilk yarışımız deyil. Bundan əvvəl Dünya Kubokunda “qızıl” qazanmışıq. Hesab edirik ki, yaxşı hazırlaşmışıq. Təəssüratlar əladır. Turnir yüksək səviyyədə keçirilir. Qarşıda çıxışımız var, buna görə bir az həyəcanlanırıq. Rəqiblər çox güclüdür. Onların arasında Belarus, Rusiya, Qazaxıstan idmançıları, eləcə də Azərbaycandan digər cütlük var. Ümid edirik ki, komanda yoldaşlarımız da yaxşı çıxış edəcəklər”, - deyə Rəfiyev bildirib.

İdman.Biz