Bakının ev sahibliyi edəcəyi Dünya Kubokunda iştirak edəcək Azərbaycanın akrobatika gimnastları bəlli olub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda milli komandanın yeddi idmançısı bacarığını nümayiş etdirəcək.
Daniel Abbasov-Murad Rəfiyev və Seymur Cəfərov-Rəsul Seyidlidən ibarət kişi cütlükləri, Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrupu medallar uğrunda yarışacaq.
Qeyd edək ki, iyunun 5-7-də Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 10-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar.
