Bakının ev sahibliyi edəcəyi Dünya Kubokunda iştirak edəcək Azərbaycanın aerobika gimnastları bəlli olub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda milli komandanın altı idmançısı bacarığını nümayiş etdirəcək.
Yığmanın heyətində Sara Əlixanlı, Vladimir Dolmatov, Mədinə Mustafayeva, Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyeva medal qazanmağa çalışacaqlar.
Qeyd edək ki, iyunun 5-7-də Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 10-a yaxın ölkənin idmançıları mübarizə aparacaqlar.
