Azərbaycan millisi Dünya Çempionatını dördüncü bitirdi - YENİLƏNİB - VİDEO

7 İyun 2026 22:37
1 182
Azərbaycan millisi Dünya Çempionatını dördüncü bitirdi - YENİLƏNİB

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya Çempionatında tarixi nəticəyə imza atıb.

İdman.Biz xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda ilk dəfə iştirak etdiyi mundialı dördüncü pillədə başa vurub.

Yığmamız yarımfinalda ABŞ seçməsi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş əlavə vaxtda rəqibin 19:18 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın sonlarına yaxın millimizin liderlərindən Brianna Freyser zədələnərək oyunu davam etdirə bilməyib.

Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Niderland yığması ilə üz-üzə gəlib. Freyserin iştirak etmədiyi matçda komandamız mübarizəni üç basketbolçu ilə davam etdirmək məcburiyyətində qalıb. Görüş Niderlandın 21:14 hesablı qələbəsi ilə başa çatıb.

Bununla belə, Azərbaycan millisi turniri yüksək nəticə ilə tamamlayıb. Komandamız qrup mərhələsində Madaqaskarı 21:13, Çexiyanı 14:11, Polşanı 20:13 hesabı ilə məğlub edib, Niderlanda isə 13:19 hesabı ilə uduzub. Pley-in mərhələsində Litva 14:12, dörddəbir finalda isə Almaniya 18:16 hesabı ilə keçilib.

Qeyd edək ki, FIBA 3x3 Dünya Çempionatı 1-7 iyun tarixlərində Varşavada təşkil olunub. Azərbaycan qadın millisi bu yarışda debüt edib və ilk iştirakında dördüncü yerə sahib çıxıb.

20:57

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda final şansını əldən verib.

İdman.Biz xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda yarımfinalda ABŞ seçməsi ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüş rəqibin 19:18 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisi finala yüksəlməyə çox yaxın olsa da, həlledici qarşılaşmaya vəsiqəni son anda əldən verib.

Komandamız Dünya Kubokunda mübarizəyə A qrupunda başlayıb. Yığma qrup mərhələsində Madaqaskarı 21:13, Çexiyanı 14:11, Polşanı isə 20:13 hesabı ilə məğlub edib. Azərbaycan millisi yalnız Niderlandla oyunda 13:19 hesabı ilə uduzub.

Pley-in mərhələsində Litvaya 14:12 hesabı ilə qalib gələn yığmamız 1/4 finalda Almaniyanı 18:16 hesabı ilə üstələyərək yarımfinala yüksəlib.

09:46

3x3 basketbol üzrə Azərbaycanın qadınlardan ibarət milli komandası Polşanın paytaxtı Varşavada keçirilən Dünya Çempionatında finala vəsiqə uğrunda mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv yarımfinalda ABŞ seçməsi ilə qarşılaşacaq.

Oyun bu gün Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Azərbaycan millisi bu görüşdə qalib gələcəyi halda Dünya Çempionatının finalına yüksələcək.

Yığmamız turnirdə uğurlu çıxışı ilə diqqət çəkir. A qrupunda mübarizəyə başlayan komanda Madaqaskarı 21:13, Çexiyanı 14:11, Polşanı 20:13 hesabı ilə məğlub edib. Azərbaycan millisi yalnız Niderlanda 13:19 hesabı ilə uduzub.

Komanda daha sonra pley-in mərhələsində Litvaya 14:12, dörddəbir finalda isə Almaniyaya 18:16 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

İdman.Biz